Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.
Unikal.org xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.
Həmçinin də, məlumatda separatçıların atəşkəs rejimini 7 dəfə pozduğunu və Donbasın Qranitne, Novozvanivka və Troytske bölgələrində atəş açdığı bildirilib.