Sudanın baş naziri Abdullah Hamdukun hərbi çevrilişlə devrilməsi ilə bağlı beynəlxalq təzyiqlərdən sonra gecə saatlarında evinə aparılıb.

Unikal.org xəbər verir  ki,  bu  barədə  yerli KİV  məlumat  yayıb. 

"Həmduk nəzarət altındadır, digər nazirlər və mülki liderlər isə həbsdə qalırlar", - deyə  KİV-də bildirilib. 

Qeyd edək ki,  BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının fövqəladə iclasında "Hamdukun dərhal azad edilməsinə" çağırıb.

Xatırladaq ki,  Sudanda bir qrup əsgər iki gün əvvəl səhər saatlarında baş nazir Abdullah Hamduk və koalisiya hökumətinin ortaq partiyalarının liderlərini saxlayıb. Bundan sonra paytaxt Xartumun bəzi bölgələrində etirazlar başlayıb. 

Gülayə  Mecid