Türkiyəli məşhur müğənni Hadisədən ayrılan aktyor Kaan Yıldırım sonuncu verdiyi müsahibədə çətin vəziyyətə düşüb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, aktyor yerli universitetlərin birində tələbələrin suallarını cavablandırıb. Onu keçmiş sevgilisi ilə bağlı sual təəccübləndirib. Kaan sualu cavablaya bilmədiyi üçün müsahibəni sonlandırmalı olub.
Aktyora sual ünvanlayan tələbə ondan "Hadisə sayəsində məşhurluğunuz artdı. İndi hamı sizi daha yaxşı tanıyır. Özünüzü necə hiss edirsiniz?" - deyə soruşub.
K.Yıldırım sualı cavablandırmadan oranı tərk etməli olub.
Qeyd edək ki, evlənməyə hazırlaşan cütlük bir neçə ay əvvəl ayrılıb. Hadisə hazırda iş adamı Mehmet Dinçerlerlə eşq yaşayır.