Ukraynalı jurnalist Dmitri Qordon heç bir səbəb olmadan Gürcüstana buraxılmayıb və deportasiya edilib.
Unikal.org xəbər verir ki, bu haqda informasiya “Sputnik Georgia” nəşri yayıb.
Mənbə yazır ki, bundan əvvəl Mixail Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşovetsin də Gürcüstana girişinə icazə verilməyib.
O, Ukraynanın ictimai müdafiəçisi Lyudmila Denisova ilə bir gün əvvəl Tbilisiyə uçmuşdu.