Separatçı “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin “Rossiya 24” telekanalının efirində bildirib ki, Ukrayna demarkasiya xəttinin cənubunda, “boz zona”da yerləşən Staromaryevka kəndi üzərində nəzarəti bərpa edib.

Unikal.org  “dan-news.info” saytına istinadən xəbər verir ki, Staromaryevkanın ələ keçirilməsi informasiyasını “DXR”in Minsk danışıqlarındakı səlahiyyətli naziri, “respublika”nın xarici işlər naziri Natalya Nikonorova da təsdiqləyib.

Ukrayna Birləşmiş Qüvvələri əməliyyatının qərargahı isə ölkə silahlı qüvvələrinin bu kəndə nəzarəti ələ keçirməsi barədə məlumatları təkzib edib.

Qeyd edək ki, bir gün əvvəl təmas xəttində vəziyyət daha da pisləşib. Oktyabrın 26-da səhərdən axşama kimi Ukrayna qoşunları ilə separatçılar arasında şiddətli döyüşlər gedib.