İran çalışır ki, Suriya, İraq və Livanın hava hücumundan müdafiəsini gücləndirsin.

Unikal.org xəbər verir ki, bu məlumatı “Haaretz” qəzeti İsrailin xüsusi xidmət orqanlarının nümayəndələrinə istinadən yayıb. Məlumata görə, İran keçən aylar ərzində bu ölkələrə özünün yer-hava sinifinə aid raket batareyalarını göndərib.

Bu raketlərin, xüsusilə, İsrail təyyarələrini sıradan çıxarmaq üçün adı çəkilən ölkələrə göndərildiyi bildirilib.