Türkiyənin “Baykar” şirkəti daha bir ölkəyə “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) ixrac edib.
Unikal.org xəbər verir ki, bu barədə şirkət rəsmi “Twitter” hesabında məlumat yayıb.
Şirkət PUA-nın ixrac edildiyi yeni ölkənin adını açıqlamayıb.
Açıqlamada qeyd olunur ki, yeni müqavilə “BayraktarTB2”nin ixrac edildiyi ölkələrin sayı 13-ə çatıb.
Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.