Braziliyanın Pacajus şəhərində  dəhşətli  qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir  ki, 18 yaşlı əkiz bacılar Amalia və Amanda narkotik ticarəti haqqında məlumatlı olduqları  üçün  17 yaşlı yeniyetmə  tərəfindən öldürülüb.  Belə  ki, gecə saatlarında qızların yaşadığı evə basqın edən yeniyetmə onları yolun kənara aparıb.  Canlı  yayım  açan  oğlan onları  kadra alıb.  O, bacıları  diz çökdürməyə məcbur edərək, əlləri ilə saçlarını toplamalarını istəyib. Daha sonra isə  silahla başlarından vurub. Qatil həmin anları sosial media hesabında canlı yayımlayıb. 

İzləyicilər polisə məlumat veriblər. Əkizlərin cəsədləri  öldürüldükdən bir neçə saat sonra yolun kənarında tapılıb.  Polis  qatilin axtarışına başlayıb.  Bildirilir ki,  əkiz bacılardan birinin övladı  varmış. Həmçinin də,  qızlardan  biri  17 yaşlı yeniyetmə oğlanla münasibətdə olub. Oğlan isə narkotik alveri ilə məşğul olumuş. 

Faktla bağlı araşdırma aparılır.