Yaponiyada Maqlev qatar xətti layihəsi çərçivəsində tikintisi davam edən tunel çöküb.
Unikal.org xəbər verir ki, hadisə Nakatsuqava şəhərində qeydə alınıb. Qəzadan sonra bölgəyə çox sayda xilasetmə qrupu göndərilib. Dağıntıdan xilas edilən 2 işçidən biri aparıldığı xəstəxanada dünyasını dəyişib, digər işçinin vəziyyətinin ağır olduğu bildirilir.
Nakatsuqava Dəmiryolundan edilən açıqlamada, qəza zamanı tuneldə 5 işçinin olduğu qeyd edilib. Maqlev qatar xəttinin tikintisi zamanı baş verən ilk ölümlə nəticələnən qəza olduğunu izah edən şirkət həyatını itirən fəhlənin ailəsinə başsağlığı verib və qəzanın bir daha təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyinə söz verib.
Qəza ilə bağlı ətraflı araşdırmalara başlanılıb.