ABŞ-ın şərqində fırtına yüz minlərlə evi işıqsız qoyub.
Unikal.org xəbər verir ki, bu barədə "ABC News" məlumat yaylb.
Məlumata görə, Yeni İngiltərə bölgəsində dəniz sahillərini vuran fırtınadan sonra yüz minlərlə ev və sosial obyektlərdə elektrik enerjisinin verilməsi dayanlb.
Hesablamalara görə, işıqsız qalan abonentlərin sayı 300 mini keçib.
Bununla yanaşı, Massaçusets ştatının Quinci şəhərində fırtına yaşayış kompleksinin damını uçurub, 12 mənzilin sakinlərini oteldə qalmağa məcbur edib. Qonşu Veymutda Qırmızı Xaç Komitəsi elektrik enerjisi olmayan sakinlər üçün müvəqqəti sığınacaq açıb.
Nyu-Cersi ştatında avtomobil qəzasında bir nəfər ölüb, Morris şəhərində isə ağac aşması nəticəsində bir nəfər xəsarət alıb. Lonq Aylend sahillərində isə itkin düşən qayıqçının meyiti tapılıb.