ABŞ Prezidenti Cozef Bayden Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransı (COP-26) çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyinə ümid edir.
Unikal.org xəbər verir ki, bunu brifinq zamanı C.Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
C.Sallivan ABŞ Prezidentinin T.Ərdoğanla görüşmək niyyətində olub-olmadığı barədə suala cavabında bildirib:
"Onun Qlazqoda Türkiyə Prezidenti ilə görüşəcəyini düşünürəm. Heç bir təsdiqim yoxdur, amma hesab edirəm ki, ABŞ prezidenti buna ümid edir".