Amerikanın “Apple” şirkətinin gəliri ötən illə müqayisədə 29% artıb.
Unikal.org xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir.
Üç aylıq hesabat dövründə “Apple”ın gəliri 83,4 milyard ABŞ dolları təşkil edib. Şirkətin son rübdə xalis mənfəəti keçən ilin eyni dövründəki 12,6 milyard dollarla müqayisədə 20,5 milyard ABŞ dolları olub.
Sentyabrın 25-də şirkətdə başa çatan maliyyə ilinin nəticələrinə görə, “Apple”ın gəliri keçən il 274,5 milyard dollar olduğu halda, bu il 365,8 milyard ABŞ dolları olub. Maliyyə ili üçün xalis mənfəət 94,6 milyard dollar təşkil edirdisə, bir il əvvəl bu göstərici üzrə məlumatlar 57,4 milyard ABŞ dolları təşkil edib.
Şirkətin əsas məhsulu iPhone olaraq qalır, bu smartfonların dünya üzrə satışından əldə olunan gəlir rübdə 38,8 milyard ABŞ dolları, maliyyə ilində isə 191,9 milyard ABŞ dolları təşkil edib.