Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı son iki ayda ilk dəfədir artıb
Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib. Avropadan kənarda infeksiyaların sayının azalmasına baxmayaraq, ÜST rəsmisi qitədə yoluxma hallarının bu rəqəmləri kölgədə qoyduğunu bildirib:
"Bu, COVID-19 pandemiyasının bitməmiş olduğunu bir daha xatırladır".
T.A. Qebreyesus infeksiyanın yayılmasının səbəbləri arasında müxtəlif ölkələrin pandemiya ilə mübarizə alətlərinə - testlərə və vaksinlərə çıxışındakı bərabərsizliyi qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 244 milyondan çox koronavirusa yoluxma halı və 4,95 milyondan çox ölüm qeydə alınıb. Ən çətin vəziyyət ABŞ, Hindistan və Braziliyada inkişaf edir.