Meksikanın cənub-şərqində daha bir jurnalist güllələnərək öldürülüb.

Unikal.org xəbər verir ki, Meksikada yerli qəzetdə müxbir işləyən Freddy Lopez Arevalo Çiapas əyalətinin Tuxtla Qutierrez şəhərində avtomobilindən düşərkən silahlı hücuma məruz qalıb.

O, ağır bədən xəsarətləri ilə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Səlahiyyətlilər jurnalistin motosikletdə olan bir şəxs tərəfindən vurulduğunu və təcavüzkarın hadisə yerindən qaçdığını bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki,  2000-ci ildən bəri ölkədə öldürülən jurnalistlərin sayı 130-u ötüb. 

 Gülayə  Mecid