Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Qaqik Melkonyan yaxın vaxtlarda Moskvada rəsmi görüşlərin planlaşdırılmadığını bildirib.

Unikal.org xəbər verir ki,  bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.  Onun sözlərinə  görə,  görüş Azərbaycan-Ermənistan  sərhədlərinin  demarkasiyası və delimitasiyası ilə bağlıdır. 

Həmçinin də,  deputat Azərbaycan Naxçıvana Ermənistan ərazisindən yol alacağını  qeyd edib:

“Biz buna yol deyirik, onlar dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxırıq? Onlar da belə imkan əldə edəcək və Naxçıvana yolları olacaq”.

Qəzetin yazdığı kimi, Ermənistan hökuməti Naxçıvana açılacaq bu yola nəzarət edəcəyinə əmin deyil.