Ankarada istifadəyə verilən AKM Millət Bağının lent kəsmə anında maraqlı anlar yaşanıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, açılışda lent kəsmə mərasiminə dövlət rəsmiləri ilə yanaşı, azyaşlı uşaqlar da qatılıb.
Prosesdən öncə dua edilib. Dua edilən zaman isə balaca qız əlindəki qayçıyla lenti hamıdan qabaq kəsib. Təşkilatçılar yeni lent gətirmək məcburiyyətində qalıb. Azyaşlı bu dəfə də lenti yarıya qədər kəsib.
Sonda çıxış yolu olaraq balaca qızın əlindən qayçı alınıb. Amma bu da azyaşlını dayandıra bilməyib. O, yarıda qoyduğu işi əlləriylə tamamlayaraq lenti qoparıb. Həmin anlar anbaaan kameralara əks olunub. Azyaşlının bu hərəkəti Türkiyə mətbuatında gündəm yaradıb.