Birləşmiş Millətlər Təşkilatı İnkişafı Agentliyi iqlim dəyişikliyinə diqqət çəkmək üçün başlatdığı kampaniya diqqət çəkib.
Unikal.org xəbər verir ki, BMT-nin Baş Assambleyasında çıxış edən animasiyalı dinozavr dünya liderlərinə səslənib.
"Bəşəriyyət nəsli kəsilmək üzrəykən iqlim dəyişikliyinə ağır təsirləri olan fosil yanacaqlara milyardlarla vəsait xərclənir", - deyə qeyd olunub.
BMT-nin Nyu Yorkdakı baş qərargahındakı məşhur Baş Assambleya Salonuna daxil olan dinozavr, bəşəriyyətin öz-özünü məhv etdiyini bildirib:
"İnsanların bəhanələri dayandırıb dəyişikliklər etməyə başlama vaxtıdır... Bu pulla (fosil yanacaqlar üçün ödənilmiş) edə biləcəyiniz bütün başqa şeyləri düşünün. Dünyanın hər yerində insanlar yoxsulluq içində yaşayırlar. Sizcə, bütün növünüzün yox olmasının əvəzini ödəməkdənsə, onlara kömək etmək daha məntiqli deyilmi?".
Ağarza ELçinOğlu