"İnsanın öz həyatına son qoymaq haqqı var".
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin aclıq aksiyasınını şərh edərkən deyib.
“Qanunda yazılıb ki, insanın intihar haqqı var. Əgər özünü öldürmək qərarı versə, o özünü öldürə bilər, əlbəttə ki, dövlət buna görə məsuliyyəti üzərinə götürməyəcək”, - deyə o, bildirib.