ABŞ Maliyyə Nazirliyi İrana yeni sanksiyalar tətbiq edib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 4 İran vətəndaşına sanksiya tətbiq olunub. Onlardan ikisinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri olduğu qeyd olunur.
ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına İranda yerləşən iki şirkət də daxil edilib.