“Ukraynanın Donbasda Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməsi müdafiə xarakterlidir”.
Unikal.org xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, “Bayraktar”ın istifadə edilməsi heç bir razılaşmanı pozmur.
“Ukrayna ordusu öz torpaqlarını müdafiə etmək zərurətini hiss etdiyi üçün bunu edir”, - deyə Zelenski qeyd edib.