Aparıcı Şəhriyar Əbilovun şəxsi həyatı ilə bağlı verdiyi açıqlaması hər kəsi şoka salıb.
Unikal.org xəbər verir ki, o, müğənni Roza Zərgərlinin “Tam vaxtıdır” verilişində rəqqasə-aktrisa Oksana Rəsulova ilə evli olduğunu dilə gətirib.
“Bu söhbətə son qoymaq istəyirəm və bir də qayıtmaq istəmirəm. Oksana ilə 15 ildir dostam. Zaman keçdi, bizim “Lal yuxu” serialımız oldu və həmin serial dönəmində bir-birimizə hisslərimiz yarandı. Artıq 4 ildir ki, evliyik. 3 yaşında oğlum var, onunla nəfəs alıram”, - deyə Şəhriyar qeyd edib.