"Paşinyan və Arayik Arutyunyan görüşü bölgədə sülhün yaranmasına maneəçilik törədəcək. Bu "alçaqlar" eyni zamanda ziddiyyətli fikirlər söyləyir. Xüsusən də Nikol Paşinyan tez-tez öz sözünü dəyişir. Əlbəttə ki, bunun da bir səbəbi var. Xaricdən dəstək aldıqları havadarlar onları qızışdırır".
Bu sözləri Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli dünən İrəvanda keçirilən Nikol Paşinyan-Arayik Arutyunyan görüşünə münasibət bildirərəkən deyib.
Siyasi şərhçi qeyd edib ki, xarici qüvvələr bölgədə intriqanın bitməməsi üçün Ermənistanı Qarabağda yaşayan ermənilərə status verilməsi yönündə addımlar atmağa məcbur edir:
"Onlar istəyir ki, Ermənistan Qarabağda yaşayan ermənilərə statusun verilməsi məsələsini yenidən gündəmə gətirsin. Elə ATƏT-in Minsk Qrupunu da canlandırmaq istəkləri bu niyyətlərdən qaynaqlanır. Ona görə də, dünənki görüşü bölgədə sülh və əmin-amanlığın yaradılmasına zərbə kimi qiymətləndirmək olar.
Ermənilər yenə də bölgədə qarşıdurmalar yaradaraq münasibətləri korlayır, onlar hətta bu problemlərin isti müharibəyə çevrilməsinə qədər gedə biləcək addımlar ata bilər. Amma onlar bu addımları ilə öz istəklərinə çata bilməyəcək. Azərbaycan lazım gələrsə bütün istiqamətlərdə onların cavabını verəcək".
Ağarza ELçinOğlu