Milli Məclisin bu gün keçirilən plenar iclasında 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib. 

Unikal.org xəbər verir ki, bəyanatda tarixi qələbənin əhəmiyyəti vurğulanır. 

Ordumuzun gücündən, hərbçilərimizin qəhrəmanlığından, xalqın birliyindən bəhs edilir. Həmçinin qələbənin təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın inkişafı üçün böyük yol açdığı qeyd edilir.