Türkiyənin vitse-prezidenti Fuat Oktay 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.
Unikal.org xəbər verir ki, F. Oktay “Twitter” hesabında etdiyi paylaşımda bildirib ki, Can Azərbaycan 1 il əvvəl bu gün 44 gün ərzində ortaya qoyduğu mübarizəsini zəfərlə taclandırdı və Qarabağı azad etdi: “Qardaş Azərbaycanın Zəfər Günü qutlu olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”.