Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.
Unikal.org xəbər verir ki, Türkiyə Prezidentinin “Twitter” hesabındakı paylaşımda deyilir:
“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı günü ürəkdən təbrik edirəm. Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıqla anıram”.