Lənkəranda yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 350 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələri satışı mağazası və çayxana) avtomobil təmiri sexinin lambirindən ibarət tavanı 70 m² sahədə, içərisində təmirə dayanan “BАЗ” və “Mercedes” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.