Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı öz tviter hesabında paylaşım edib.
Unikal.org xəbər verir ki, paylaşımda deyilir:
“Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik”.
C. Bayramov, bununla yanaşı, ümumilli lider Heydər Əliyevin Atatürklə bağlı sitatını da xatırladıb: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”.