Toya hazırlaşan 42 yaşlı məşhur modelyer İvana Sert xəstəxanaya yerləşdirilib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir  ki,  Sert  ötən gün nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya gedib. Həkimlərin məsləhəti ilə modelyer koronavirusdan test  verib. Məlum olub ki, İvana Sert  koronavirusa yoluxubmuş. O, xəstəxanada  müalicəsini  davam etdirməyə başlayıb. 

Qeyd edək ki, məşhur moda ustası İvana yaxın günlərdə sevgilisi, zəngin iş adamı Sezer Dermenci ilə nikah masasına  oturacaqdı. Modelyerin xəstəxanaya yerləşdirilməsindən sonra  cütlüyün toyu təxirə  düşüb.