Dünyaca məşhur model Bella Hadidin "Instagram"dan paylaşdığı fotolar gündəm olub.
Unikal.org xəbər verir ki, fotolarda modelin göz yaşlarına qərq olduğu əks olunub. O, psixoloji problemlər yaşadığını, narahatlıq və çaşqınlıq hissi keçirdiyini etiraf edib.
Hadid sosial medianın reallıq kimi qəbul edilməməsi lazım olduğunu da vurğulayıb. O, bəzən eşitməyimiz lazım olan tək şeyin yalnız olmadığımızı bilmək olduğunu qeyd edib.
Problemlərini dərk etməyin çox vaxt sərf etdiyini deyən Hadid tunelin sonunda daim işıq olduğunu vurğulayıb. İzləyicilər modelə dürüstlüyünə görə təşəkkür edib və yanında olduqlarını bildiriblər.