“İşsizlərin sayı ilə bağlı Dövlət Statistika Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmləri arasında olan uyğunsuzluq xüsusilə ötən il ortaya çıxıb”.
Unikal.org xəbər verir ki, bunu 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu problem 190 manatın verilməsi məsələsində ortaya çıxdı. O əlavə edib ki, qərar veriləndən dördüncü gün qərarın icrasına başlanıldı.
"Bu zaman bir sıra bazalarda problem olduğu ortaya çıxdı. Məsələn, torpaq mülkiyyəti ilə pay torpaqları arasında qarışıqlıq ortaya çıxdı. Bu istiqamətdə iş gedir. Bu problemlər aradan qaldırılacaq. Dövlət Statistika Komitəsinin işsizlik rəqəmi ilə bizim rəqəm fərqli olacaq. Bizim üçün işsiz şəxs nazirliyin bazasında işsiz kimi qeydiyyatdan keçmiş şəxsdir. Dövlət Statistika komitəsi isə buna fərqli yanaşır. İqtisadi qeyri-fəal əhalidə xanımlara münasibətdə böyük fərq var. Eyni zamanda qeyri-formal işləyənlər var. Statistika Komitəsində onlar işsiz kimi qeydiyyata alınmır. Bu metodoloji fərqdən irəli gələrək bu rəqəmlərdə müəyyən fərq hər zaman olacaq”.