"Bu il 193 min insanın 5 illik əlillik müddəti bitir. Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu qanunvericiliklə tənzimlənən məsələdir".
Unikal.org xəbər verir ki, bunu gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Bu vətəndaşların əlillik müddəti bitdiyindən onlar aidiyyatı üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər. Artıq 45 min təyinat da olub", - deyə nazir qeyd edib.