Türkiyəli modelyer Bahar Korçan vəfat edib.
Unikal.org xəbər verir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən modelyer 57 yaşında dünyasını dəyişib. O, İstanbulda müalicə olunduğu xəstəxanada ölüb.
Qeyd edək ki, Bahar Türkiyədə ilk moda evi açanlardan biridir. 2016-ci ildə onda xərçəng olduğu aşkarlanıb. Baharın həyat yoldaşı Cem Görk xəstəliyə görə onu tərk edib.