“Maliyyə Nazirliyi bilavasitə manatın məzənnəsinə təsir göstərən qurum deyil”.
Unikal.org-un məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
“Biz çalışırıq ki, büdcə xərclərimiz manatın məzənnəsinin dəyərsizləşməsinə xidmət etməsin. Bu baxımdan Mərkəzi Bankla birgə əlaqələndirilmiş siyasət aparırıq”, - deyə nazir əlavə edib.
O bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin xəırcləri manatın hazırkı məzənnəsi (1.70 AZN) ilə hesablanıb.