“Türkiyə - Türkdövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” çərçivəsində keçirilən panel iclaslarında türkdilli ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb.
Unikal.org xəbər verir ki, bu barədə iqtisadiyyat Naziri Mikayıl Cabbarov tviterdə yazıb.
Paylaşımda deyilir: "İnanırıq ki, səsləndirilən təkliflərin, birgə təşəbbüslərin reallaşdırılması ortaq hədəflərimizin gerçəkləşdirilməsinə töhfə verəcək".