Samuxda qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd 1967-ci il təvəllüdlü Hüseynov Aytəkin Əziz oğlu bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hədisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.