"Bu mahnını oxuyandan sonra hamını işdən uzaqlaşdırdım və oxumağa son vermək istədim. Həmin müddətdə bir verilişdə "Yandırdın qəlbimi" oxudum. Dedim, bitdi, başqa bir işim var, onunla məşğul olacam. Sənət hamıda kənarda qalmışdı. Televizoru açırdın... Hər zaman deyirdim, məktəbdə uşaqlara musiqi dərsi çox keçilsin. Hara gedirik bu musiqi ilə? Bayağı mahnıları görüb, kənara çəkilmək istədim. Bütün efirlərdən, məclisdən imtina etdim. Birdən-birə başladı bu mahnını məşhurluğu. Hamı hər yerdən məni işarələyirdi. Dedim bu yəqin bir şansdır, qayıtdım".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Səhər mərkəzi" proqramında deyib. İfaçı bildirib ki, "Yandırdı qəlbimi" mahnısından sonra sənətdən getmək qərarı alıb.
Aysel "Hazırda həyatında olan sevgilinin adını de" sözlərinə "Yoxdur, Allahın verəni" cavabını verib.
Müğənni bir müddət əvvəl instaqram hesabını bağlamasının səbəbinin nişanlanması olduğuna etiraz edib:
"Kaş ki olsun, Allah xanımlara nəsib etsin. Varsa, bunu niyə gizlin tutasan? Mənim şəxsi qərarım idi ki, instaqramdan gedim. Psixoloji durumla bağlı olur, sakitləşib, özünü tanımaq istəyirsən. Sosial şəbəkə insanı özünü tanımaqdan uzaqlaşdırır".