Dünyaca məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun "Buğda tayası" adlı əsəri rekord qiymətə satılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, əsər "Christies" hərrac evində satışa çıxarılıb.
1888-ci ildə çəkilən rəsm əsəri 35,9 milyon dollar (təxminən 61 milyon manat) qarşılığında yeni sahibinə verilib. Onun kimliyi ilə bağlı heç bir məlumat verilməyib.
Əsər proqnozlaşdırılan qiymətdən 6 milyon dollar daha baha qiymətə satın alınıb.
Qeyd edək ki, "Buğda tayası" İkinci Dünya müharibəsi zamanı alman nasistləri tərəfindən ələ keçirilmişdi.