16 il əvvəl  səhnədən uzaqlaşaraq, kino  sahəsinə  atılan Mahsun Kırmızıgüldən  xəbər  var. 

Unikal.org haberler.com-a istinadən xəbər,  sənətçi uzun aradan sonra səhnəyə  çıxacağını  bildirib.  Mahsun bu barədə  "Twitter" hesabında məlumat  paylaşıb. Belə ki,  yeni  albom çıxaran müğənni  pərəstişkarlarına sürpriz  edib. O, Yeni il gecəsi "Show TV"-də yeni albomunu nümayiş etdirəcək.