Qaxda 22 yaşlı gənc göbələkdən zəhərlənib.
Unikal.org xəbər verir ki, rayonun Əmircan kənd sakini, 1999-cu il təvəllüdlü Nicat İlham oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı N. Məmmədovun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda N. Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.