Üç dəfə "Oscar" mükafatına layiq görülən Yeni zellandiyalı rejissor-prodüser Piter Çekson milyarder olub.
Unikal.org xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Rejissor bu statusu dünyaca məşhur "Üzüklərin hökmdarı" kinotrilogiyası üçün xüsusi effektlər hazırladığı "Veta Digital" studiyasının aktivlərini satdıqdan sonra qazanıb. O, studiyanı 1,6 milyard dollara satıb.
Qeyd edək ki, P.Cekson "Hobbit", "King-Kong", "Səma yaradılışları" kimi məşhur filmlərin rejissorudur.