Sosial media fenomeni, model Şeyma Subaşı ilə Acun Ilıcalı arasında sular durulmaq bilmir. 

Unikal.org xəbər verir ki, boşandıqdan sonra qızının Acunda qalması Şeymanı illər sonra narahat edib. Ara-sıra qızı Melisanı görmək üçün Türkiyəyə gələn Subaşı "Instagram"dan paylaşım edərək, Melisanın anasının yanında olmasınının  vacibliyini  vurğulayıb. 

"Melisa Mayamidə doğulub. Onda niyə Melisa anası ilə Mayamidə yaşamasın? Hər uşağın yeri anasının yanıdır", - deyə model ifadə edib.   

Qeyd edək ki,  TV2 kanalının  rəhbəri,  tanınmış prodesür Acun Ilıcalı ilə 2018-ci ildə  1 il 2 aylıq  evliliyini  bitirən Şeyma  tez-tez eşq iddiaları  ilə  gündəmə  gəlir. Bu evlilikdən olan 8 yaşlı Melisa isə  ata və anasının  boşanmasından sonra məhkəmə  qərarına əsasən, Acuna verilib.