Türkiyə Xarici İşlər Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Unikal.org xəbər verir ki, bununla bağlı nazirliyin "Twitter" hesabında paylaşım edilib:
"33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini otaya qoydular. Eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun", - paylaşımda bildirilib.