“Zəngəzur dəhlizinin açılması həm də Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqənin yaradılması deməkdir”.
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə açıqlamasında bildirib.
“İmzalanmış müqavilənin tam icrasına da çox müsbət yanaşırıq. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması da çox önəmlidir.
Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın qərbi ilə Naxçıvan arasında yol açılacaq. Bu, ölkələrimiz üçün çox vacibdir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər qazanacaq. Türkiyə vasitəsilə Avropa bazarına çıxmaq imkanımız olacaq. Eynilə Türkiyənin də Azərbaycan vasitəsilə Orta Asiyaya çıxmaq imkanı olacaq və bu, Türkiyə üçün yeni imkanlar yaradacaq.
Bu, həm Ermənistanın, həm də digər region ölkələrinin xeyrinə olan layihədir. Biz Ermənistanın bunu başa düşəcəyini və çox konstruktiv addımlar atacağını gözləyirik”, - deyə o qeyd edib.