Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı Azərbaycanı təbrik edir.
"Unikal" xəbər verir ki, nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” deyimi ilə birlikdə olmağa davam edəcək!”.