Azərbaycan YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.
"Unikal" xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib.
Azərbaycan YUNESKO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.
YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə 2021-2025-ci illər üçün İcraiyyə Şurasına üzv seçilib.
Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də YUNESKO İcraiyyə Şurasının üzvü olub.