Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, rayon sakinləri Nurlan Saruxanov və İbrahim Miridov özlərinə məxsus “Vaz 2107” və “Vaz 2106” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri ediblər və bu zaman çəkilən video özləri və tanışları tərəfindən sosial şəbəkələrdə yerləşdirilib.
Hər iki şəxs barəsində RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 15 gün müddətində inzibati qaydada həbs olunublar.