Bir neçə gün öncə "TikTok" platformasında "ll@amid52" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olmuşdur.
DİN-dən "Unikal"a daxil olan məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilmişdir. O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilmişdir. A.Məhərrəmovla müvafiq profilaktik söhbətlər aparılmış, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilmişdir.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silmişdir.