“Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə bəraət verilib.
"Unikal" xəbər verir ki, noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında Avropa Məhkəməsinin adları çəkilən şəxslərlə bağlı qərarı əsasında onların işinə baxılıb. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib.
Qərara əsasən, dörd nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bundan başqa qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsina dair qərar çıxarılıb.