Noyabrın 19-da YAP Mərkəzi Aparatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfransda əvvəlcə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin  29-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təklifi ilə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tahir Budaqov bildirib ki, müasir, müstəqil Azərbaycan dövləti bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun 
Vurğulanıb ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyətinin səmərəliliyini təmin edən vacib faktorlardan biri partiyanın davamlı islahatlar çərçivəsində təkmilləşməsidir: 
YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov isə “Yeni Azərbaycan Partiyasının təsis edilməsinə tarixi zərurət prizmasından baxış” mövzusunda çıxış edib. 
Tədbirdə “Azərbaycançılıq fəlsəfəsinin müəllifi” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü Elmar Qasımov bildirib ki, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev azərbaycançılıq fəlsəfəsinin əsaslarını hələ sovet dövründə müəyyən edib. 


YAP İdarə Heyətinin üzvü bu gün Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu yolu uğurla davam etdirdiyini vurğulayıb.
Konfransda YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova “Müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda çıxış edib. Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə partiyanın 29 ildə keçdiyi şərəfli yola nəzər salındığını bildirib. 
YAP-da nəsillərarası varislik prinsipinə önəm verildiyini deyən Tahir Budaqov mürəkkəb bir dövrdə partiyanın yaranmasında iştirak edən, təzyiqlərə rəğmən cəsarət nümayiş etdirərək Heydər Əliyev naminə mübarizə aparan 91-lərə hər zaman hörmət və ehtiram göstərildiyini söyləyib. O qeyd edib ki, 91 ziyalının başladığı yol bu gün uğurla davam etdirilir, Prezident İlham Əliyev böyük inam və qətiyyətlə Azərbaycanı daha böyük zəfərlərə doğru aparır.


Tədbir iştirakçıları “91”-ləri alqışlayıblar.
Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadəyə “Şərəf” ordenini və Veteranlar Şurasının üzvü Misir Mərdanova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Arif Rəhimzadə və Misir Mərdanov çıxış edərək göstərdiyi etimada görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.