Bakıda kirayədə yaşayan qadının mənzilinə basqın edən şəxs tutulub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin rayon ərazisindəki bir evdən 2 560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulan R.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun T.Həmidov və digər 1 nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1 700 manat pulunu və 2 000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov da saxlanılmıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.